Masallıda analoqu olmayan hadisə
"Bir müddət əvvəl Masallı rayon Ərkivan qəsəbəsinin sakini Aqil Şirəliyev DYP əməkdaşı Ariz İsmayılovla bağlı şikayət etmişdi. Həmin şikayətdə vurğulanırdı ki, DYP əməkdaşı ondan 50 manat rüşvət alıb. Məsələ hüquqi müstəvidə araşdırıldığı bir vaxtda isə gözlənilməz bir hadisə baş verib". Bu fikirləri Aqil Şirəliyevin vəkili Rasim Əlizadə "Vətəninfo.az"a verdiyi açıqlamasında Vəkilin sözlərinə görə, Ariz İsmayılovun qanunsuz hərəkətlərindən şikayət etdiyinə görə, Aqil Şirəliyev elə adıçəkilən DYP əməkdaşı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Rasim Əlizadə onu da bildirib ki, işə dünən, iyunun 7-də saaat 15:00-da baxılmalı idi. Lakin bununla bağlı bildiriş Şirəliyevə saat 18:00-da çatdırılıb.
Vəkilin sözlərinə görə, bu olduqca biabırçı bir vəziyyətdir. “Bu necə ola bilər ki, şikayətçi olduğuna görə səni məhkəməyə versinlər? Əvvəla işin icraata götürülməsinin özü qanunsuzluqdur. İlk olaraq məhkəmə iddianı ləğv etməliydi. Çünki şikayət DİN rəhbərliyinə olunub. Nazirliyində əməkdaşı isə işi araşdırmaq məqsədi ilə Masallıya gəlib və tərəflərdən izahat alıb. Ancaq iş yekunlaşmamış məhkəmə icraat məsələsini həyata keçirib ki, bu da tam qanun pozuntusudur”.
Rasim Əlizadə daha sonra qeyd etdi ki, hazırda iş Masallı məhkəməsinin hakimi Nemət Musayevin icraatındadır. “Görünür, Nemət Musayevə bu işi sifariş edənlər Masallı rayon Polis Şöbəsində baş verən özbaşınalıqları və edilən tez-tez şikayətləri ört-basdır etmək məqsədi güdürlər”.
Kamran