Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət sərhəddini nəzarət buraxılış məntəqəsindən kənar keçən şəxslər Cinayət Məcəlləsionin 318-ci maddəsi ilə ittiham edilir: "Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddənin ikinci bəndi tətbiq edilir. Bu, az ağır cinayətlər kateqoriyasına aiddir və 5 ilədək azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 71-ci maddəsinə görə şəxs şərti məhkum edildiyi sınaq müddəti ərzində az ağır və ağır cinayət törədərsə, şərti məhkum etmə məhkəmənin hökmü ilə ləğv edilir. Daha sonra 67-ci maddə tətbiq edilməklə cəzalar qismən və ya tam birləşdirilir.
Sərhədi pozmağa görə Ramin Hacılı barəsində həbs qətimkan tədbiri seçilərsə, cəzası həmin gündən hesablanacaq. Onun sınaq müddətində təkrarən az ağır cinayət törətməsi cinayətin residivini yaradır. Buna görə də R.Hacılıya qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, ona maddənin saksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin yarısından az verilə bilməz. 318.2-ci maddəyə görə 5 il cəza nəzərə tutulubsa, bu maddə üzrə R.Hacılıya 2 il 6 aydan aşağı cəza verilə bilməz.

Eyni zamanda, bundan öncəki cəzası ilə birləşdirilərkən ən ağır hökmün yuxarı həddindən aşağı cəza verilə bilməz. Yəni, dövlət sərhədini qanunsuz keçməsi sübuta yetirilərsə, Ramin Hacılını təxminən 5 il 6 ay və ya 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir”.
"Azərbaycan Avropa Hərəkatı”nın sədri olan R.Hacılı daha öncə ABŞ-a getmək istəyən şəxslərə viza almaq üçün saxta sənəd hazırlamaqda təqsirli bilinib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və ölkədən çıxışına qadağa qoyulub. Buna görə də dövlət sərhədini qanunsuz keçərək Gürcüstana getmək istəyib. O, ilkin ifadəsində 250 min manat borcu olduğu üçün belə bir işə əl atdığını deyib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ