Ramiz Mehdiyev: "Bu rəyə münasibətim mənfidir"

Ramiz Mehdiyev:

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.
 
APA-nın məlumatına görə, Ramiz Mehdiyev VK-nın mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf gedir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az