Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda deyib.
"Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.”,- deyə nazir vurğulayıb.
Qamma şüalanma nüvə hissəciklərinin aralarında reaksiyalardan yaranan, ən kiçik dalğa uzunluğuna, ən yüksək rəqs tezliyinə malik elektromaqnit dalğasıdır. Fizikada simvolu γ-dir.
Adətən kosmosda baş verən nüvə reaksiyalarının nəticəsində meydana gəlir. Fransız fiziki Pol Villar tərəfindən 1900-cü ildə radiumun şüalanmasının öyrənilməsi zamanı kəşf olunub. Qamma şüası rentgen şüalarının nüfuz edə bildiyindən daha qalın səthlərdən keçir.
Məhz buna görə bir sıra kənd təsərrüfatı məhsullarını, xüsusilə də toxumları anbarda saxlamazdan öncə qamma şüalanma vasitəsi ilə dezinfeksiya edirlər. Bu, yaza salamat çıxan toxum miqdarını 10 faizə qədər artırır. Dünyada taxılın, kartofun, noxudun, soyanın və s. məhsulların qamma şüalanma vasitəsi ilə dezinfeksiyası aparılır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?