Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.”

Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.”
 "Rusiya hökuməti tezliklə erməni tərəfinə xoşagəlməz sürprizlər bəxş edə bilər. Fakt budur ki, Rusiya tərəfinin bu dəfə Ermənistan əhalisi üçün də qazın qiymətini qaldırmaq niyyətində olduğu barədə şayiələr yayılıb”. 

Moderator.az xəbər verir ki,  işğalçı ölkənin "Johovurd” gündəlik qəzeti belə yazır.  Xatırladılır ki,  bir müddət öncə  Rusiya hökuməti Ermənistan hakimiyyətinə qazın 30% artacağı barədə işarə edib. 

"Hər halda Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, o zaman baş nazir Nikol Paşinyan onunla dərhal qazın qiymətinin qaldırılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Digər tərəfdən, erməni tərəfi Rusiya hökuməti ilə danışıqlar yolu ilə 30% artımın qarşısını almağa nail ola biləcəyinə ümid edir. Lakin ekspertlərin fikrincə, Ermənistan əhalisi üçün qazın qiymətinin artması qaçılmazdır”-   "Johovurd” yazır. 

"Biz mütəmadi qazın qiyməti haqqında danışırıq. Amma burada maraq doğuran heç bir problem yoxdur. Nəticə danışıqlardan sonra bəlli olacaq...”- qəzetə açıqlama verən Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə belə deyib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az