Rus kəşfiyyatçıları Ermənistana girdi - DAĞLARDA DÖYÜŞ

Rus kəşfiyyatçıları Ermənistana girdi - DAĞLARDA DÖYÜŞ

Rusiyanın Cənub hərbi dairəsinin Ermənistanda yerləşdirilən bazasında kəşfiyyatçılar döyüş təlimlərinə başlayıb.

Publika.az xəbər verir ki, rus kəşfiyyatçılar dağlarda şərti təxribat qrupu ilə döyüşüblər.

Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev bildirib ki, "Kamxud” yüksək dağ poliqonunda keçirilən təlimdə kəşfiyyatçılar şərti düşməni mühasirəyə alma, qarda xizəklərlə yerdəyişmə, təxribat qrupunu məhvetmə kimi elementləri yerinə yetirirlər.

Təlimlər dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az