Rusiya ballistik raketini atdı: Dəhşətli görüntülər - VİDEO

Rusiya ballistik raketini atdı: Dəhşətli görüntülər - VİDEO

Rusiya Müdafiə Nazirliyi Sarmat qitələrarası ballistik raketini yenidən sınaqdan keçirib.

Miq.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, raketin ilk sınağı 2017-ci ilin dekabr ayında həyata keçirilib. İkinci dəfə həyata keçirilən sınaq testləri zamanı raket müsbət qiymətləndirilib. Qeyd edək ki, bu raketin hazırlanmasına 2011-ci ildə başlanılıb. Bu ilin birinci yarısında onun ilk sınağının keçirilməsi nəzərdə tutulsa da, sonradan sınaq ləğv edilib.

"Sarmat” raketi Qərbdə "Satana 2” kimi tanınır. "Sarmat” raketi P-36 "Satana” raketinin bazasında yaradılıb və onun daha modern versiyası hesab olunur. Bu raket beşinci nəsil raketlər sırasına aiddir. "Sarmat” raketdən müdafiə sistemlərindən "gizlənmək” imkanına malikdir. Martın 29-da həyata keçirilən raketin sınaq görüntülərini təqdim edirik:
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az