Rusiya Federasiyasının MDB işləri üzrə, xaricdə yaşayan həmvətənlilər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (Россотрудничество) rəhbəri Qlebova Lyubov Nikolayevna Bakı Slavyan Universiytetinin (BSU) qonağı olub.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisənin rektoru, professor Asif Hacıyev qonağa müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar hazırlayan universitetin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Rektor fəxr hissi ilə vurğulayıb ki, BSU Azərbaycanda rus dili və ədəbiyyatının tədris və elmi araşdırmaların mərkəzidir, universitetin bu istiqamətdə böyük nailiyyətləri var. Asif Hacıyev qeyd edib ki, dünyanın bir sıra nüfuzlu universitetləri, o cümlədən Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edən bu ali təhsil ocağının beynəlxalq əlaqələri genişlənir.
Azərbaycana ilk dəfə gəldiyini vurğulayan L. Qlebova rəhbərlik etdiyi agentliyin müasir təhsil sistemi üzrə hazırladığı proqramlar barədə məlumat verib. Qonaq Bakı Slavyan Universiteti ilə də gələcəkdə əməkdaşlıq etməkdən məmnun qalacağını bildirib.
Görüş zamanı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. L. Qlebova BSU-da fəaliyyət göstərən Rusiya tədris-mədəniyyət mərkəzi (Moskva auditoriyası) ilə tanış olub. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana qonaqda böyük təəssürat oyadıb.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər