Rusiya şokda: ABŞ bütün prinsipləri pozdu...
ABŞ "Kreml hesabatı” ilə beynəlxalq münasibətlərin bütün prinsiplərini pozdu.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasınının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, bu addım ABŞ-ın Rusiya ilə əməkdaşlığını faktiki olaraq mümkünsüz etdi:
"Buraya ölkənin bütün əhəmiyyətli fiqurlarının hamısı daxil edilib. Bu siyahının nəticəsinin nə olacağını bilmirəm. ABŞ kobud şəkildə dövlətlər arasındakı bütün mümkün prinsipləri pozdu”.
Qeyd edək ki, ABŞ "Kreml hesabatı”nı Konqresə təqdim edib.
Miq.Az