Rusiya: “Türkiyəni xəbərdar etmişdik”

Rusiya: “Türkiyəni xəbərdar etmişdik”
Rusiya illərdir Türkiyə və Avropanı terror hücumları ilə bağlı xəbərdar edir.
 
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov İstanbulun Atatürk Hava Limanında baş verən terror terakta münasibət bildirərkən deyib.
 
Onun sözlərlərinə görə, Avropa və Türkiyə rəhbərliyi bu xəbərdarlıqlara məhəl qoymadığından bu cür hadisələr baş verib:
 
"Rusiya tərəfi illərdir Türkiyə və Avropadakı həmkarlarını bir çox avropa ölkəsində gizlənməkdə olan və terrorçu təşkilatlarla əlaqədə şübhəli bilinən insanlar haqda məlumatlandırır. Ancaq dəfələrlə Rusiyanın bu xəbərdarlıqlarına cavab verilməyib. Təəssüf ki, İstanbul hücumu da belə bir laqeydliyin nəticəsi ola bilər”.
 
Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az