Rusiyada azərbaycanlılar arasında dava: ölən və yaralılar var
Sankt-Peterburqda Apraksin dvor bazarında azərbaycanlılar
arasında dava olub. Azvision.az "Rosbalt"a- istinadən xəbər verir ki,
dava zamanı bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Məlumata
görə, münaqişə bazara gələn müştərilər azərbaycanlılar arasında
başlayıb, daha sonra isə insident iştirakçıları bıçağa əl atıb.
Təhdidlərdən sonra münaqişə tərəflərindən biri rəqibinin sinəsindən bıçaq ilə vurub.
Aldığı zərbədən yerə yıxılan kişi, rəqibinə bıçaq yarası vura bilib.
Hadisə
zamanı hər iki iştirakçı xəsarət alıb, onlardan biri təcili tibbi
yardım maşınında keçinib, digəri isə xəstəxanaya çatdırılıb.
Qaynar.info