Rusiyanın Yekaterinburq şəhərində ötən axşam naməlum silahlılar içərisində erməni biznesmenlərin olduğu "Audi" markalı avtomobilə silahlı hücum edərək çoxsaylı atəş açıblar.
Miq.az azvision.az-a istinadən xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları silahlı hücumun əvvəlcədən planlaşdırıldığını bildirib.
Belə ki, pul vəsaitlərinin nəğdləşdirilməsi ilə məşğul olan erməni biznesmenlər avtomobildə özləri ilə böyük məbləğdə nəğd pul aparıblar. Bu barədə öncədən xəbərdar olan naməlum şəxslər pulu ələ keçirmək üçün biznesmenlərin olduğu avtomobili güllələyiblər. Lakin silahlılar hücumu sonadək aparmayıb və hadisə yerini pulu ələ keçirmədən tərk ediblər. İnsident nəticəsində ölən və yaralanan olmayıb.
O da qeyd olunur ki, bilinməyən səbəblərdən silahlı dəstənin atəşi dayandıraraq hadisə yerindən qaçması təəccüb doğurub. Istisna edilmir ki, hücumun əsl məqsədi oğurluq yox, ermənilərə xəbərdarlıq olub. Hadisə yerinə polislə yanaşı, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələrinin şüşələri qara tonlu avtomobillərdə gəlməsi də diqqət çəkib.
İnsidentlə bağlı Rusiya hüquq-mühafiz orqanlarında cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, Rusiyadakı erməni lobbisi və disporunun əsas maliyyə dayaqlarından biri də qeyri-qanuni gəlirlərin və çirkli pulların yuyulması, nəğdləşdirmə ilə məşğul olan erməni biznesmenlərdir.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA