“Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında imzalanan müqaviləyə əsasən Azərbaycana yük vaqonlarının gətirilməsi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun məlumatına görə, artıq vaqonlardan 275-i Azərbaycana göndərilib.
Qurum rəsmisinin sözlərinə görə, bağlanan müqaviləyə əsasən 2900 yük vaqonlarının hamısı ilin sonuna kimi Azərbaycana hissə-hissə göndəriləcək.
Qeyd edək ki, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Rusiyanın F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko arasında baş tutan görüşü zamanı “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?