Rusiyadan Qarabağda müharibə siqnalı: “Azərbaycan və Ermənistan savaşa hazırlaşır”
Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair ssenarilər hazırlayır.
Miq.az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Dmitri Litovkin bildirib.
Onun sözlərinə görə, yaxın zamanda danışıqlar münaqişənin həlli ilə bağlı ciddi nəticə verməsə, müharibənin hərb yolu ilə həlli gündəmə gələcək.
«Yeni hərbi texnikanın alınması, büdcənin müdafiə yönümlü orientasiyası, təhlükəsizliyin təmini onu deməyə əsas verir ki, tərəflər artıq münaqişənin dinc yolla həllinə ümid etmirlər”,- deyə Litovkin bildirib. Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistana hərbi texnika verən Rusiya balansı qorumağa çalışır ki, təfərlər münasibərləri aydınlaşdırmaq üçün passiv fazadan aktiv fazaya keçməsinlər.
Litovkinin fikrincə, Azərbaycanın hərbi büdcəsini artırmağının yeganə səbəbi Ermənistanla olan münasibətlərdir. Ermənistan isə çox da uzaq olmayan keçmişdə Rusiyadan "İsgəndər” raketləri alıb. Buna qarşılıq olaraq Azərbaycanın İsraildən "Dəmir günbəz” alması barədə məlumatlar yayılıb. Azərbaycanın Pakistandan da yüksək texnologoyalı hərbi sursat alacağına dair məlumatlara münasibət bildirən ekspert "Azərbaycanın buna haqqı var və ona heş kəs necə hərəkət edəcəyini göstəriş verə bilməz”,- deyə vurğulayıb.
Digər bir ekspert Pavel Felqenhauer da müharibə versiyasını istisna etmir. "Azərbaycan və Ermənistanın addımları sadəcə silahlanma yarışı deyil, bu, ciddi hərbi qarşıdurmaya hazırlıqdır. Münaqişə tərəfləri son illər hərbi gücdən zaman-zaman istifadə edib, ancaq indi vəziyyət daha ciddidir. Münaqişənin diplomatik yolla həllinin tapılması mümkün olmayıb, hələlik 0 nöqtəsini görürük”,- deyə ekspert qeyd edib. Hərbi ekspert həmçinin 4 günlük aprel müharibəsinin daha geniş miqyas alacağını deyib.
Miq.az