Rusiyalı nazirin gözü qarşısında Azərbaycana hörmətsizlik

Rusiyalı nazirin gözü qarşısında Azərbaycana hörmətsizlik
Moskva vilayətinin Ximki rayonunda əlbəyaxa döyüş üzrə "Fight Nights Globala MMA” turnirində separatçı "DQR”in bayrağı qaldırılıb.

Bu barədə lent.az-a Azərbaycan Slavyan Gənclər Təşkilatının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili məlumat verib.

Məlumata görə, turnir çərçivəsində həmyerlimiz Elnar İbrahimov və Rusiya təmsilçisi Vartan Asataryan üz-üzə gəlib. Xal hesabı ilə Elnara qalib gələn Asataryan döyüş bitən kimi Rusiya bayrağını yox, qondarma respublikanın bayrağını qaldırıb.

"Bütün bunlar isə Moskva vilayəti bədən tərbiyəsi və idman naziri Roman Teryuşkovun gözləri qarşısında baş verib. Biz ümid edirik ki, Rusiya hökuməti Rusiya və Azərbaycana qarşı baş verən bu təxribatı araşdıracaq və günahkarlar cəzalandırılacaq”,-deyə Toğrul Allahverdili bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az