Rusiyanın iki diplomatı Avstraliyanı tərk edib
Avstraliyada çalışan iki rusiyalı diplomat bu ölkəni tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın xarici işlər naziri Culi Bişop aprelin 2-də təsdiq edib.
"Rusiya səfirliyinin Avstraliyanı tərk etmək üçün yeddi gün vaxt verilmiş əməkdaşları artıq ölkəni tərk ediblər”, - deyə nazir mətbuat üçün açıqlamasında bildirib.
Xatırladaq ki, Avstraliya hökuməti Solsberidə Serqey Skripalın və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanın iki diplomatının Avstraliyadan çıxarılması barədə qərarını martın 27-də elan edib.
Miq.Az