Rusiyanın qəzaya uğrayan “Su-25UB” hücum təyyarəsinin pilotları həlak olublar

Rusiyanın qəzaya uğrayan “Su-25UB” hücum təyyarəsinin pilotları həlak olublar
Xəbər verildiyi kimi, sentyabrın 3-də Rusiyanın "Su-25UB" hücum təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.

Miq.az AZƏRTAC-a istinadla xəbər verir ki, Cənub Hərbi Dairəsinin Hərbi prokurorluğunun məlumatında itkin düşmüş iki pilotun cəsədlərinin təyyarənin içərisində aşkar edildiyi bildirilib. Müdafiə Nazirliyi də pilotların həlak olması xəbərini təsdiq edib. Nazirliyin məlumatında deyilir: "Rusiya Federasiyası Müdafiə Nazirliyinin "Su-25UB" hücum təyyarəsinin qəzaya uğradığı Stavropol diyarının ərazisində fəaliyyət göstərən komissiyası tərəfindən iki pilotun həlak olması müəyyən edilib. Pilotlar katapult etməyə macal tapmayıblar".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az