Röya ilə Aygünün məhkəməsinin vaxtı bilindi
Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib.
Miq.az xəbər verir ki, vəkil Vamiq Şükürovun APA-ya verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail Rayon Məhkəməsində baxılacaq.
R.Ayxan A.Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
R.Ayxan həmkarından 50 min manat təzminat və A.Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.
Miq.az