Sabirabad sakini dostu ilə birlikdə nişanlısını zorladı - ŞOK

Sabirabad sakini dostu ilə birlikdə nişanlısını zorladı - ŞOK

Seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Sabirabad rayon sakinləri İlkin Xəlilov və Ləyaqət Cabbarovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Sabirabad rayonunun Yenikənd kəndinin sakini İlkin Xəlilov həmkəndlisi və dostu olan Ləyaqət Cabbarovla birlikdə cinayət əlaqəsinə girərək, Beyləqan rayon sakini olan sevgilisi Sevdanı (ad şərti verilib) zorlayıb.

Müəyyən edilib ki, əvvəllər İlkin Xəlilov Sevda ilə sevgili olublar. Elə zorlama cinayəti baş verməmişdən əvvəl də onunla əlaqə saxlayan İlkin evlənəcəyini deyib.

Sevda da İlkinin vədinə inanıb. İlkin Xəlilov qızı razı salandan sonra dostu Ləyaqətin maşını ilə Beyləqanın Aşqallar kəndinə gəlib. Sevda da sevgilisinin vədinə inanaraq onun gəldiyi maşına əyləşib. Onlar qızı Sabirabad rayonun Qaralar kəndi ərazisində Kürün sahilinə gətiriblər.

Həmin vaxt Ləyaqət Cabbarov Sevdanın saçlarından tutaraq maşından yerə salıb. Ləyaqət qızı “montirovka” ilə vuracağını hədələyərək İlkin Xəlilovla cinsi əlaqədə olmasını tələb edib. Bundan sonra İlkin Xəlilov qızla cinsi əlaqədə olub.

Daha sonra Ləyaqət Cabbarov qıza hədə-qorxu gələrək özü də onunla cinsi əlaqədə olub. Daha sonra qızı döyüblər və onun sağlamlığına ciddi xəsarət yetiriblər.

Daha sonra onu maşınla Saatlı rayonunun Azadkənd kəndi ərazisinə gətiriblər. Orada qızı maşından düşürərək döyüblər. Dostlar qızı döyəndən sonra ona məxsus olan mobil telefonu əlindən alıblar. İlkin və Ləyaqət qızı gecə yarı Saatlı rayonunun ərazisində ataraq gediblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Xəlilov 6 il, Ləyaqət Cabbarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi məqsədilə apelyasiya şikayəti veriblər.

Onların şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim Kamran Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib. Qərara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, İlkin Xəlilovun barəsində 5 il, Ləyaqət Cabbarovun barəsində isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az