Sabirabadda Lenindən Rəsulzadə düzəldiblər?

Sabirabadda Lenindən Rəsulzadə düzəldiblər?

Rayonda SSRİ dövründən qalmış büstün baş hissəsinə əl gəzdirərək onu ADR-in qurucusuna oxşadıldığı iddia olunur

Sabirabadda ADR-in qurucusu Məmməd Əmin Rəsulzadənin büstünün Leninin büstü üzərində qurulduğuna dair iddialar var.  “Vətəninfo.az”ın “JAM.AZ”-a istinadən verdiyi məlumata görə, Sovet dönəmində rayonun mərkəzində Siyasi Büronun üzvlərinin şəkilləri ilə bəzədilmiş mərmər divarın qarşısında Leninin büstü olub. 

Məlumatda deyilir ki, 1992-ci ildə isə hakimiyyətə gələn AXC həmin büstün baş hissəsini bir qədər düzəldərək onu Rəsulzadəyə bənzətməyə çalışıb. Həmin şəxslər deyirlər ki, bununla bağlı dəfələrlə rayon rəhbərliyi qarşısında məsələ qaldırsalar da, nəticə olmayıb. Onların sözlərinə görə, bu Azərbaycanın müstəqilliyinini banisinə qarşı sayğısızlıqdır. 

Məsələ ilə bağlı danışan Sabirabad müxalifətçiləri isə deyilənlərin həqiqəti əks etdirmədiyinin bildirirlər. Onlar deyirlər ki, rayondakı Rəsulzadənin büstü 1992-ci ildə tökmə metaldan hazırlanıb. Onlar həqiqətən də rayonda Leninin büstünün olduğnu bildirsələr də, onun indiki Rəsulzadənin büstünün yerində olmadığını vurğulayıblar. “Həmin büst şəkildə göstərilən meydanın bir qədər mərkəzdə olub. Görünür, kimlərsə Rəsulzadənin heykəlini oradan götürtmək istəyir və bunun üçün də belə sərsəm fikirlər irəli sürürlər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az