Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb

Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb
Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb.

Miq.az "Report"a istinadən bildirir ki, dekabrın 10-da özünü asmaq istəyən rayon sakini anası tərəfindən xilas edilib. Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhər xəstəxanalarından birinə yerləşdirilib. Lakin həkimlərin cəhdlərinə baxmayaraq, o, bir neçə gün sonra ölüb.
Qeyd edək ki, rayon sakini, 1977-ci il təvəllüdlü T.M. (ad şərtidir-red) bir neçə gün əvvəl özünü yaşadığı evdə asaraq intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az