Şagirdlərə “narkotik konfetlər” paylanması xəbərlərinə - Nazirlikdən reaksiya

Şagirdlərə “narkotik konfetlər” paylanması xəbərlərinə - Nazirlikdən reaksiya
Təhsil Nazirliyi orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, indiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmayıb:
"Belə məlumatların heç bir əsası yoxdur, cəfəngiyyatdır”.
Qeyd edək ki, dünəndən "WhatsApp” messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə məlumatlar göndərilir. Məlumatlarda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə "konfet”lər paylanılıb. Ağızda şişərək partlayan bu vasitənin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin olduğu bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az