Şah İsmayıla qarşı olan ədəbiyyat (İkinci hissə)

Şah İsmayıla qarşı olan ədəbiyyat (İkinci hissə)

Oktay Hacımusalı

Son zamanlar Azərbaycanda bir sıra yazarların kitabları nəşr olunur ki, bu kitablarda Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan Səfəvi dövlətinə, özəlliklə də Şah İsmayıla qarşı olduqca təhqiramiz ifadələr işlədilir. Yazarlardan buna necə münasibət göstərdiklərini soruşduq. Bunun əsas səbəbləri nə ola bilər? Sorğumuza qaldığımız yerdən davam edirik. 

AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin elmi işçisi Elnarə Tofiqqızı hesab edir ki, Türkiyədə müəlliflər öz araşdırma və romanlarında Şahla bağla tarixi təhrif edirlər və Şahın ünvanına təhqiramiz ifadələr işlətməkdən çəkinmirlər: “Bunu isə guya Osmanlı imperiyasına Səfəvilərin çox ciddi ziyan vurması ilə əlaqələndirirlər. Şah İsmayılı aşağılayıcı münasibət onların film və seriallarında da özünü göstərir. Halbuki, müəyyən fasilələrlə davam edən və 150 ildən çox çəkən Osmanlı- Səfəvi müharibələrinin heç birində Səfəvi ordusu Osmanlı imperiyasına hücuma keçməyib. Bütün bu müharibələrin Səfəvi imperiyasının ərazisində aparılması da bunu sübut edir..Maraqlıdır ki, Türk imperatorlarının çəkişməsi heç də Səfəvi-Osmanlı müharibələri ilə məhdudlaşmır. Orta çağ tariximizdə Əmir Teymur -İldırım Bəyazid çəkişməsi də var..Ancaq Türkiyəyə müəllifləri nədənsə Osmanlı imperiyasının paytaxtını alan və İldırım Bəyazidi dəmir qəfəsə salıb özü ilə aparan Əmir Teymuru yox, Çaldıran ərazisində Sultan Səlim hücumunun qarşısına çıxan və məğlub olan Şah İsmayıli tənqid və təhqir edirlər.. Burada Şah İsmayılın dini-ideoloji nəzəriyyəsinin "yanlışlığından" və İslam aləmini parçalaması əsas götürülür, bu isə tarixi, həmin ideologiynı, türk təsəffüvünü, turk dini dunyagörüşünü və Səfəvilik nəzəriyyəsinin miqyasını dərk etməməkdən irəli gəlir. Təəssüf ki, azərbaycanlı müəlliflər türkiyəli həmkarlarının savadsızlıqdan, tarixi bilməməkdən doğan bu çox böyük yanışlığını düzəltmək əvəzinə,onların təsiri altına düşüb, Şah Xətaiyə qarşı məhz 21 əsrdə-aradan 600 il keçəndən sonra, bu məsələnin qabardılmasının arxasında kimlərin və nələrin durduğunun fərqinə varmadan, Şah İsmayıla həqarəti davam etdirirlər”.

Araşdırmaçı sosioloq, “Ahəngyol” nəzəriyyəsinin yaradıcısı Əhməd Qəşəmoğlunun fikrincə Azərbaycanın dövlətçiliyi baxımından baxanda Sah İsmayıl böyük tarixi qəhramandır!amma fakt faktlığındadır: “Bu qəhrəmanlıq, ümumən turk dünyasının, bunun da nəticəsində elə Azərbaycanın da zəiflətməsində müəyyən rol oynayıb. İndi baxır məsələyə hansı tərəfdən baxmağa? Burada bir neche sebeb var: 1)indi insanlar basha dushur ki, turk aleminin, vetenimizin bu indiki xoshagəlməz vəziyyətə düşməsində bir zamanlar səvəvilərlə turk dovləti arasında gedən qanlı döyüşlərin birbaşa rolu var. Səfəvilər faktik olaraq turk dövlətinin çökməsinin əsasını qoydular. Bunun gunahı kimdədır?.... bu başqa söhbətdir. Səfəvilərin hakimiyyəti faktik olaraq Azərbaycanda şiəliyi gücləndirdi və türk ruhunu zəiflətdi. Buda faktdir. Azərbaycanlıların demek olar ki, xarakteri, mentaliteti dəyişdi. Fars mədəniyyətinin bu ərazidə oturmasına kömək etdi. Bu əsələləri turk alimləri, mütəxəssisləri çox qabardır. Artıq bizim bir chox mütəxəssislərimiz Turkiyədə təhsil alıb qayıtdıqlarından bu ruhda formalaşmışlar. 2) bəziləri də Azərbaycanı aşağılamaq üçün bunu qəsdən edir”.

Yazar - tərcuməçi Elxan Zal Gürcüstan öz dövlətçilik tarixini Qurucu Daviddən başlayır. Azərbaycan dövlətçiliyinin belə bir rəsmi istinad nöqtəsi yoxdur. Amma uzun illərdir ki, cəmiyyətdə belə bir istinad nöqtəsinin Səfəvilər səltənətindən başlaması ilə bağlı fikir formalaşıb.Türkiyədədə ələvilərvə bektaşilər adlanan bir kəsim Şah İsmyıla, Fizuliyə və Nəsimiyə pəpəstişlə yanaşır. Ortadoksal İslam tərəfdarları bunu həmişə qısqanclıqla qatşılayıblar. Bu gün onların Azərbaycanda da böyük təsiri var. Əgər birdən-birə çoxlu sayda kitablar nəşr olunursa,demək bunun sifarişçiləri var. Düşünürəm bu daha geniş diskussiya mövzusudur və bu cür kitablar Azərbaycan dövlətçiliyi üçün zərərlidir".

Yazar Kənan Hacının fikrincə son zamanlar nəinki Xətaiyə, ümumiyyətlə, bir sıra tarixi şəxsiyyətlərə münasibət tez-tez dəyişir: “Bu, hesab edirəm ki, o qədər də təhlükəli hal deyil. Zaman-zaman belə halllar olub. Amma onların tarixdəki mənfi və ya müsbət tərəfləri heç dəyişmir. Düşünmürəm ki, bu, hansısa məqsədyönlü şəkildə baş verir”.

Şairə Sevinc El sevər hesab edir ki, hərənin öz şəxsi fikri var: “Mən şəxsən tarixə hörmətlə yanaşmağın tərəfdarıyam, tarixdə səhvlər olubsa da düzəltmək mümkün deyil o səhvləri. Şah İsmayıla xüsusi simpatiyam yoxdu, amma tarixi şəxsiyyət kimi hörmət edirəm, dediyin o təhqiramiz fikirlərə də şərik deyiləm”.

Yazar Cavidanın fikrincə hər bir dövlətin özünün tarixi toxunulmazlıqları var ki, bunların üzərində qurulub bir, bəzən də bir neçə xalqın həyatı: “Xalı kimi ilmə-ilmə toxunub bu tarix. İndi bizim ölkədə kitab ümumi götürəndə az oxunur və insanların əksəri xəbərsizdir onların tarixi dəyərlərinə uzanan əllərin əməllərindən, bizim tərəflərdə Şah İsmayılın babası Şeyx Zahidin türbəsi var ki, adamlar üçün müqəddəs ziyarətgah yeridir, hətta Sovetin ateizm dövründə belə camaat çəkinmədən kütləvi surətdə ziyarət edib o türbəni və dini ayinlərini də keçirib, o adamlardan Şah İsmayıl haqqında bilgisi olan da var, olmayan da, amma yerli tv-də təbii ki, məlumatlar verilib vaxtaşırı, maarifləndirilib camaat. 

İndi bu adamlara gətirib barəsində söhbət gedən kitabları təqdim etmək, onların mənəvi dəyərlərinə birbaşa tüpürmək və söyməkdir, düşünürəm.

Mənim ölkəmə mənim tariximi "öyrətməyə" qalxan və bu öyrətmənliyi ilə ancaq dövlətlərarası, həm də bir-birinə tarixi, mənəvi, ruhi bağlı olan xalqların arasında nifaq, düşüncə çirkinliyi salmaq məqsədi güdülürsə, belə kitabların nəşrlərinin qəti əleyhinəyəm.

Düşünürəm, ziyalılarımız bu kimi hallara mütləq münasibətlərini bildirməlidirlər, yəni onlara mütləq təqdim eləmək lazımdı həmin nümunələri və fikirlərini bildirmələrini tələb etmək lazımdır. Ya da dövlət səviyyəsində senzura tətbiq edilsin yeni nəşr olunan tarixi romanlar üçün - belə halların qarşısını almağın başqa yolu yoxsa”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az