Samir Şərifov Ankarada G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Samir Şərifov Ankarada G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Türkiyənin paytaxtı Ankara şəhərində "Böyük İyirmiliyin” (G-20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası öz işinə başlayıb.

 Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, iki gün davam edəcək toplantıda Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak edir.

 G-20 ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin G-20 qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

 Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G-20-nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az