Sarkisyan “aprel müharibəsi”nin əsl səbəbini açıqladı

Sarkisyan “aprel müharibəsi”nin əsl səbəbini açıqladı
"Aprel müharibəsi” Bako Saakyanın hakimiyyətinin uzadılmasına şərait yaratdı.

Miq.az Publika.az-a istinadla xəbər verir ki, bu etirafla erməni politoloq Manvel Sarkisyan çıxış edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda (qondarma "DQR”) keçirilən "konstitusiya islahatları” Saakyanın hakimiyyətinin müddətsiz edilməsinə hesablanıb: "Əvvəlki qanunla iki dəfədən artıq müddətə seçilməyə icazə verilmirdi. İndiki qanunlar isə bu qadağanı aradan qaldırdı”.

"Apreldə baş verən müharibədən də hakimiyyətin uzadılması üçün istifadə edildi”, - deyə o bildirib.

Qeyd edək ki, "lragir” saytı da İrəvan rejiminin "aprel müharibəsi”ndən istifadə edərək, qondarma "DQR”-də Bako Saakyanın səlahiyyət müddətini artırdığını yazıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az