Sarkisyan nədən qorxur - Döyüş vertolyotunun müşayiəti ilə uçub

Sarkisyan nədən qorxur - Döyüş vertolyotunun müşayiəti ilə uçub
Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəsizliyi ilə bağlı tədbilər son vaxtlar xeyli gücləndirilib.

Virtualaz.org xəbər verir ki, bu haqda erməni mətbuatı yazır. Məlumata görə Sərkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərlərində vertolyotdan istifadə edib. Üstəlik onun bortunu iki döyüş vertolyotu müşayiət edir.

"Joqovurd” qəzeti yazır ki, bu , təsadüfi deyil. Çünki Dağlıq Qarabağın keçmiş "müdafiə naziri” Samvel Babayan Gürcüstandan "İqla” zenit raketi gətirdiyi üçün həbs olunub. Onun "yüksək vəzifəli şəxslərin vertolyotunu vurmağı planlaşdırdığı” haqda xəbərlər var. İki il əvvəl isə İrəvanda Sərkisyanın təyyarəsini vurmağı planlaşdıran silahlı qrup həbs edilmişdi.


Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sərkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar "sırf standart tədbirlərdir” və Samvel Babayanın həbsi ilə bağlı deyil. "Mən bilmirəm ki, iki döyüş vertolyotunu kim görüb, lakin biz prezidentin təhlükəsizliyindən çıxış edərək belə desək standart protokol tədbirləri həyata keçiririk”-o deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az