Sarkisyanın Qarabağdan çıxma planı

Sarkisyanın Qarabağdan çıxma planı
Erməni liderin "Böyük qayıdış" layihəsinin detalları

Serj Sarkisyanın "Armeniya"  telekanalına verdiyi müsahibə göstərdi ki, Ermənistan lideri güzəştə hazır deyil.

İstiPress-in məlumatına görə, bu barədə rusiyalı şərhçi Mixail Belyayev "Vestnik Kafkaza” portalında dərc olunmuş məqaləsində bildirib. Rus şərhçi erməni liderinin güzəştlə kompromissin fərqli şeylər olmasından bəhs etməsini sərt tənqid edib.


Serj Sarkisyan veriliş zamanı demişdi: "Son 20 ildə biz neç zaman və heç yerdə güzəştlərdən danışmamışıq. Biz həmişə problemin kompromiss varinatda həllinin tərəfdarı olduğumuzu bəyan etmişk və bəyan etməkdə davam edirik. Bunlar fərqli anlayışlardır”.

Mixail Belyayev erməni liderin taftalogiya ilə məşğul olduğunu söyləyir: "Əgər erməni lider,  məsələn, Oceqovun lüğətini götürsəydi görərdi ki, "kompromiss" - qarşılıqlı güzəştlər əsasında bağlanmış sazişdir”.

Serj Sarkisyan veriliş zamanı üzünü çox dikbaş aparıb və lazım olarsa, "İskəndər”ləri Azərbaycana qarşı istifadə edə biləcəklərini bildirib. Onun bu iddiasına heç erməni şərhçilər inanmayıblar. Erməni şərhçi Aram Amatuni "1in.am”da yazdığı məqaləsində Sarkisyanın dediklərini aprel döyüşləri öncəsi vəziyyətə bənzədib:

"Serj Sarkisyan bildirir ki, bu gün bizim ordumuz lazımi səviyyədə silahlanıb. Əlbəttə, aprelə qədər də heç zaman bildirilmirdi ki, lazımi silah çatışmazlığı var. Bundan əlavə, hər yerdə deyilirdi ki, Ermənistan heç zaman Azərbaycandan geri qalmır”.

Yəni Aram Amatuni bildirir ki, Ermənistan "İskəndər”ləri işə salarsa, bu, böyük məğlubiyyətlə başa çatacaq. Mixail Belyayev də daha öncə bu məsələyə toxunmuşdu: 

"Azərbaycan ordusu yeni mövqelər ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun. Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".
Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir: "Rusiyanın regiondakı sülh məramı Ermənistanın maksimalist mövqeyi üzündən dalana dirənib. Ermənistan Bakının Dağlıq Qarabağın müstəqilliyini tanımasını şərt qoyaraq bir qarış belə torpaq azad etmək istəmir ki, bu da tamamilə qeyri-real ssenaridir".

Ola bilər ki, Serj Sarkisyan da bu variantdan istfadə edərək yenidən baş nazir kimi hakimiyyətə gəlmək istəyir. Yəni ictimai rəyi kökləyərək döyüş əhval-ruhiyyəsi  yaradacaq və sonra arxaya çəkiləcək. Onun müdafiə sisteminə təyin etdikləri diletantlar təbii ki. savaşa başlaycaqlar  və təbii ki, hadisələr  Mixail Belyayev təsvir etdiyi variantda cərəyən edəcək. Bunun nəticəsi kimi, Azərbaycan ordusu mövqelərini möhkəmləndirəcək və yeni əraziləri işğaldan azad edəcək. Nəticədə, erməni xalqı Serj Sarkisyanı yenidən hakimiyyətə gətirəcək. Təbii ki, hakimiyyətə yenidən qayıtmış Serj Sarkisyan Qarabağdan və həm də Rusiya təsirindən əl çəkməyə meylli olacaq.

Ermənistanın NATO və AB ilə son yaxınlaşmaları, rus dilinə qarşı rəsmi İrəvanın aqressiv mövqeyi və s. bundan xəbər verir. Təbii ki, Azərbaycan bu vəziyyətdən istifadə edərək ərazi bütövlüyünü bərpa edə bilər. Amma təbii ki, bu zaman Dağlıq Qarabağa üçün vəd edilən yüksək muxtariyyət, ümumi  amnistiya və s. kimi öhdəliklərə əməl edilməlidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az