Səhər idmanı edən qadını zorlayıb öldürən manyaka AĞIR CƏZA TƏLƏBİ
Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək təqsirləndirilənin ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə Fəttay Nuriyevə son sözlə çıxış etmək üçün vaxt verib.
Proses fevralın 23-də davam edəcək.
Qeyd edək ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Leylanı qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, ötən il Fəttah sərxoş vəziyyətdə olarkən Sumqayıtda "Göyərçin” abidəsi tərəfə gedən Leylanı görüb. O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib. O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Leylanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. O, qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdıra bilməyib.
F.Nuriyev bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib. O, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.
Onu da bildirək ki, amansızcasına qətlə yetirilən qadının həyat yoldaşı ifadəsində bildirib ki, Leyla səhərə yaxın saatlarda qaçmaq üçün şəhərə çıxıbmış.
Miq.Az