Şəhid ailələri üçün tikilən binalar tezliklə isitifadəyə veriləcək

Şəhid ailələri üçün tikilən binalar tezliklə isitifadəyə veriləcək
 Tikinti işləri başa çatdıqdan sonra Beyləqan, İmişli, Şamaxı və Bakıda inşa olunan binalar növbəlilik prinsipi ilə şəhid ailələri və əillərə paylanılacaq.
Bunu Tovuzda vətəndaşları qəbul edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun Sözlərinə görə, bu ilin sentybar-oktyabr ayları ərzində 375-dən çox fərdi mənzillərin tikintisi başa çatacaq. Eyni zamanda Gəncə, Mingəçevir, Sumqayıt və Bakıda hazır olan mənzillərin alınaraq bu kateqoriyadan olan vətəndaşlara verilməsi sürətləndiriləcək.
Şəhid ailələri və əlillərin mənzillə təminatı haqqında Prezident İlham Əliyevin 20 İyun 2014-ci ilin tarixli sərəncamı var. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun, müstəqilliyinin qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailələrinə, o cümlədən əlil olmuş şəxslərə mənzillərin alınması və ya tikilərək verilməsi probleminin 5 il ərzində mərhələlərlə həll olunmasını nəzərdə tutur.
Bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi 2014-cü ilədək mənzillə təmin edillib. 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb.
ANS


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az