Azərbaycan Səhiyyə Nazirliyi sosial şəbəkələrdə bəzi dərmanların ("Perhidrol" (perekis 30%) və "Kalsium xlorid") etiketlərinin səhv vurulması ilə bağlı yayılan məlumatları araşdıracaq. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Onun sözlərinə görə, hazırda bununla nazirlikdə heç bir məlumat yoxdur. "İki uşağın ölməsi ilə bağlı məlumat da təsdiqini tapmayıb. Məsələ araşdırılacaq və nəticə məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək", - A.Qədirli əlavə edib.
Həmin dərmanların satışı ilə bağlı nazirliyin apteklərə xəbərdarlıq etməsinə gəlincə, A.Qədirli bildirib ki, bu məsələ ilə bağlı heç bir aptekə göstəriş verilməyib.
Qeyd edək ki, sosial şəbəkələrdə "Perhidrol" (perekis 30%) və "Kalsium xlorid"ə etiketlərin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumatda hətta Səhiyyə Nazirliyinin apteklərə dərmanların satışdan çıxarılması ilə xəbərdarlıq etdiyi də deyilir. Eyni zamanda, həmin dərmanlardan istifadə nəticəsində iki uşaq ölümü qeydə alındığı da iddia olunub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?