Şəkidə FACİƏLİ QƏZA: “Shacman” piyadanın üstündən keçdi

Şəkidə FACİƏLİ QƏZA: “Shacman” piyadanın üstündən keçdi

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.
Miq.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.
Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi "Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.
Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az