Şəkidə iki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Şəkidə iki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Şəkidə iki uşaq anası dəm qazından zəhərlənərək ölüb.
 
Miq.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 04.00 radələrində Şəki şəhərində baş verib.
 
1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimin müayinəsi zamanı A. Əliməmmədovanın öldüyü müəyyən olunub.
 
İlkin ehtimala görə, A. Əliməmmədova dəm qazından zəhərlənərək ölüb.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az