Sevda: "Atamdan və qardaşımdan yarımadım" - AİLƏ ETİRAFI

Sevda:
Müğənni Sevda Sanalıyeva şəxsi həyatı barədə açıqlamalar verib.
 
Lent.az-ın məlumatına görə, "Ondan sonra” verilişində qonaq olan ifaçı bildirib ki, atası və qardaşı tərəfdən yarımayıb: ”Hər bir insanın həyatında çətinlikləri olur. Həyatda yaşamaq üçün gücü anamdan alırdım. İndi də övladımdan anamın iyini alıram. Oğluma atam, anam deyirəm. Hər zaman demişəm ki, Allah insana hər şeyin xeyirlisini versin. Qardaşım yaşca məndən böyükdür. O, mənə ata əvəzi olmaqdan, mən ona ana əvəziyəm. Bunu heç kim dana bilməz. Nə qardaşın, nə də atanın xeyrini görə bilmədim. Gözümü açandan atamı elə də görməmişəm. Mənim 6 yaşım olanda o, artıq bizim yanımızda yox idi. Atama görə anamın əziyyətini, xəstəliyini görmüşəm. Ailənin təməli kişi ilə qurulur. Ailəmizin belə olması, qardaşımın xeyirsiz çıxması, rəqqasəliyimin damğa kimi mənə vurulmasının əsas səbəbkarı atamdır. Ata yaxşı olsaydı, mən bu qədər əzablar çəkməzdim. Qardaşım da atamdan nə gördüsə, indi onun hərəkətlərini təkrarlayır. Qardaşıma baxanda atamı görürəm. Anamla mən hər zaman yarımçıq olmuşuq. Çünki o, oğlundan və ərindən, mən də ata və qardaşdan yarımadıq. Qardaşım bilə-bilə özünü bədbəxt edir. Bir sözlə, ailəmizin bu cür olmasının və anamın rəhmətə getməsinin əsas səbəbkarı atamdır”.
 
Sevda həyat yoldaşı barədə də danışıb: "Həyat yoldaşım mənə çox dəstək olur. O olmasaydı, mən bu çətin günləri necə aşardım? O, həyatda yaşamağıma səbəb yaradır. Bu, sevgi ilə əlaqədar deyil. Sevgi gəlib, gedir. Bizim aramızda doğmalıq, dostluq var. Allah bizi ayırmasın”. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az