Şeyxülislam Allahşükür Paşazadə: "Bəzi müsəlman dövlətləri heç səslərini çıxarmadılar"

Şeyxülislam Allahşükür Paşazadə:

"Şuşada dağıdılmış məscidlər, hətta kilsələr də var. Ermənilər məscidlərimizdə adını belə çəkmək istəmədiyim heyvanı saxlayırdılar. Çox təəssüf ki, bəzi müsəlman dövlətlər buna etiraz etmədilər, heç səslərini belə çıxarmadılar”.

Miq.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

"Qarabağ zəfəri təkcə Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının zəfəridir. Ümid edirəm ki, gələcəkdə də biz faydalı işlər görəcəyik”, - o əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az