Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış - Foto
İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında əməliyyat-taktiki fakültəsinin, həmçinin strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Miq.Az-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.
Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib.
Məzunlar adından çıxış edən polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov xatirə lövhələrini yaş kötüyünə vurublar.
Miq.Az