Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bəzi rayonlarda sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
Milli Hidrometeorologiya Departamentindən Miq.az-a verilən məlumata görə, mayın 29-dan 30-u gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntı ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az