Siqaret gələn il kəskin bahalaşacaq

Siqaret gələn il kəskin bahalaşacaq
Aksiz verginin dərəcəsi qaldırılır

Rusiya Dövlət Dumasının Aşağı Palatası tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsinin artırılmasını 2018-ci ilin iyulunadək təxirə salmağı qərara alıb. Hazırda isə bu verginin dərəcəsi 1000 siqaret üçün 1562 rubl (26,44 ABŞ dolları) təşkil edir.

Miq.az vergiler.az saytına istinadla bildirir ki, Rusiya qanunvericiliyinə görə, aksiz vergisinin artırılmasının təxirə salınması haqqında qərar parlamentin Yuxarı Palatasının təsdiqindən və Rusiya Prezidentinin fərmanından sonra qüvvəyə minə bilər. Hökumətin planına əsasən, gələn ilin iyul ayından tütün məhsulları üzrə aksiz vergisi 1000 siqaret üçün 1718 rubla (29 ABŞ dolları) qaldırılacaq.

Rusiyanın nəhəng tütün bazarında "BAT”, "İmperial Brands”, "Japon Tabaco” və "Philip Morris” kimi xarici şirkətlər üstünlük təşkil edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az