“SİZ TƏK DEYİLSİNİZ!” kitabının təqdimatı keçirildi

“SİZ TƏK DEYİLSİNİZ!” kitabının təqdimatı keçirildi

Bu gün Səs İnformasiya Agentliyinin konfrans zalında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin, tənha insanların tibbi-sosial hüquqları haqqında sənədlər toplusu olan “ SİZ TƏK DEYİLSİNİZ ! ” kitabının təqdimatı keçirilib.

“Vətəninfo.az”ın məlumatına görə, kitab aztəminatlı ailələrin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin, tənha ahıl insanların tibbi-sosial müdafiəsinə kömək etmək məqsədi ilə yaddaş kitabı kimi tərtib edilib.
Kitabın tərtibatçısı, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc bildirib ki, uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərində məskunlaşmış ahıl insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Lakin bu insanların özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını nəzarət altında saxlamaqla sosial təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq.
Qeyd edək ki, tədbirdə QHT rəhbəri və kütləvi informasiya işçiləri çıxış edərək, “Siz tək deyilsiniz!” tənha insanlara sosial və psixoloji dəstək layihəsi sayəsində görülən xeyirxah işləri və layihə çərçivəsində çap olunmuş “SİZ TƏK DEYİLSİNİZ ! ” maarifləndirmə kitabını tədqirə layiq hesab edərək yüksək qiymətləndiriblər.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az