Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 28 May - Respublika Günü və 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə qaçqın və məcburi köçkünlərə ərzaq yardımı edib.
Vətənoinfo.az "Report"a istinadən verdiyi xəbərə görə, Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. Bura düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
"SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, əmin olduqlarını bildiriblər ki, Azərbaycanda aparılan daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq", - deyə məlumatda bildirilir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?