“SOCAR Yay Məktəbi - 2015” elanı

“SOCAR Yay Məktəbi - 2015” elanı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr hazırlığı siyasətinin tərkib hissələrindən olan və 2010-cu ildən etibarən həyata keçirilən “SOCAR Yay Məktəbi” layihəsinə sənəd qəbulu başlanıb. Bu il avqustun 2-dən 12-dək keçirilməsi planlaşdırılan layihədə 50 gəncin iştirakı nəzərdə tutulur. “SOCAR Yay Məktəbi - 2015” layihəsi üçün sənəd qəbulu mayın 25-dən iyununun 12-dək davam edəcək. İddiaçıların qeydiyyatı www.socar.az/tehsil veb səhifəsində aparılır.

Vətəninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “SOCAR Yay Məktəbi” layihəsinə bugünədək ümumilikdə 1.230 nəfər müraciət edib və onlardan 192-si layihənin iştirakçısı olub. Yay məktəbi müddətində iştirakçılar enerji sektorunun bütün sahələri haqqında şirkətin məsul şəxslərinin mühazirələrini dinləyir, praktiki məşğələlər keçirlər. SOCAR-ın idarə və müəssisələrinə təşkil edilən ekskursiyalar onların istehsalat prosesi ilə yaxından tanışlığına imkan yaradır. Bundan əlavə, layihə müddətində tələbələrin istirahəti üçün sosial proqramlar və intellektual oyunlar təşkil olunur.
2013-cü ildən etibarən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə bu layihədə fərqlənən iştirakçıların şirkətin xaricdəki aktivləri ilə tanış olmaları məqsədilə həmin müəssisələrdə bir həftəlik təcrübə keçmələrinə başlanılıb. 2013-cü ildə layihədə fərqlənən iştirakçılar SOCAR-ın Türkiyədə, 2014-cü ildə isə İsveçrədə, Türkiyədə və Gürcüstanda fəaliyyət göstərən müəssisələrində təcrübə keçiblər. 2015-ci ildə həyata keçiriləcək yay məktəbi layihəsi zamanı intellektual oyunlar və prezentasiyalar keçirmək üzrə yarışlarda ilk üç yeri tutan komandalar seçimlərinə uyğun olaraq SOCAR-ın Türkiyə, Böyük Britaniya və İsveçrədəki müəssisələrinə, digər komandaların 10 nəfər ən yaxşı iştirakçısı isə Rumıniya və Gürcüstana səfər edəcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az