ŞOK! Azad Zamanov Ulvira ilə 20 ildən sonra görüşdü

ŞOK! Azad Zamanov Ulvira ilə 20 ildən sonra görüşdü

ANS-in efirində həftə içi 5 gün yayımlanan “Evdəyik” verilişi nəcib bir işə imza atıb. Hər həftənin cümə günü unudulan sənətkarlar, müğənnilər verilişə qonaq gələrək unudulmalarının səbəbini açıqlayır və illərin səs xəzinəsində qorunan lent yazılarındakı səsləri ilə oxuyub tamaşaçıları ötən illərə aparırlar. Sevilən aparıcı Ulvira Qarayevanın bu cümə qonaqları əvəzsiz sənətkar, 20 ildən çox televiziya ekranlarında görünməyən Azad Zamanov, dövruünün məşhur estrada müğənnisi, Niyazinin tələbəsi Tamilla Bağırova, muğam ifaçısı Aygün Qasımovadır. Jurnalist Alim Nəbioğlu da ekspert olaraq verilişə dəvət almışdı.


Azad Zamanovun ifasında “İnrizar” mahnısı səsləndi. 1975-ci ildə lentə alınan mahnı hamını kövrəltdi. Tamilla Bağırova həyatından danışdı. Evlərinin alqı-satqısı zamanı aldadılan müğənni bu gün kirayədə, acınacaqlı vəziyyətdə yaşayır, dolanışığı olduqca pisdir. Aygün xanımsa qulluqçusunun övladına etdiyi sui-qəsddən, evinin oğurlanmasından danışdı. Alim Nəbioğlu yenə kəskin faktlarla çıxış etdi. Ulvira xanım Tamilla xanımın həyatına açıdığından göz yaşlarını saxlaya bilmədi.


“Evdəyik” verilişinin bu bölümünü cümə günü - 26 sentyabr saat 13:10-da ANS-də izləyə bilərsiniz. Baxmağa dəyər. Baxa-baxa düşünün ki, unudulmaq faciədir, unudulanlara ruh, nəfəs verməksə ən nəcib əməldir. Yaxşı ki, ANS-in rəhbərliyi, “Yaradan” prodakşn, “Evdəyik” verilişi bu missiyanı öz öndəsinə götürüb. Örnək əməli alqışlamaq, dəstəkləməksə hər birimizin borcudur.

Uğurlar sizə, “Evdəyik”.

Araz Hacıyev   

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az