ŞOK: Yol polis əməkdaşının üstünə BENZİN töküb yandırdılar - VİDEO FOTO

ŞOK: Yol polis əməkdaşının üstünə BENZİN töküb yandırdılar - VİDEO FOTO

Bu gün Bərdədə yandırılan polis işçisinin görüntüləri yayılıb. 

Qafqazinfo.az xəbər verir ki, videodan da göründüyü kimi, Bərdə Rayon Yol Polis Bölməsinin əməkdaşı Aqil Quliyev rayonun Üzeyir Hacıbəyli küçəsində xidmətdə olarkən VAZ 2106 markalı avtomobil svetoforun qırmızı işığında keçib.

Hər şey də elə bundan sonra baş verib. Polislər maşını cərimə meydançasına aparmaq istəyərkən sürücü qaçıb. 

O, öz maşınının arxasınca digər avtomobillə gəlib. Bu zaman sürücü polisin üzərinə benzin ataraq, alışdırıb. Aqil Quliyev ikinci dərəcəli yanıq xəsarəti alıb. 

Artıq polisi yandırmağa cəhd edən şəxs saxlanılıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az