Sosial şəbəkələrdə jurnalistlərin savaşı qızışır

Sosial şəbəkələrdə jurnalistlərin savaşı qızışır

Son günlər sosial şəbəkələrdə həmkarlarımız da “məşhurlaşmağı” sevməyə başlayıblar. Bu “qələbəlik küçədə” deyəsən özümüzü aparmağı bacarmırıq artıq. Sosial şəbəkələr tüstülü böyük çayxanalara bənzəməyə başlayıb.
Bir az əvvəl isə facebook səhifələrində tanınmış jurnalist Zöhrab Əmirxanlı digər tanınmış jurnalist Aydın Canıyevin ünvanına ittiham və təhqir dolu status paylaşmışdı. Aydın Canıyev çox gözlətmədən onun cavabını verib, bildirib ki, mən heç kimə “borclu” qalmağı sevmirəm. Həmin cavabı diqqətinizə təqdim edirik.

Zöhrab Əmirxanlı, pul nə söz, nə də namus deyil!
“Dolq platejom krasiven” – ruslar belə deyir: “borcun gözəlliyi qaytarılmasındadı”. Təəssüf hissi ilə yazmıram bu sətirləri – cavabı! Amma yazmaq ağır gəlir. İlk dəfədir yazdığımdan zövq almıram. Amma borcluyam və BORCLUyam. Borcumu DEDİYİM VAXTDA qaytara bilmədiyim üçün bu yazı da üstünə faiz-sələm gəlirmiş kimi mənə BORC OLDU.
Mən artıq dördüncü gün və dördüncü gecədir bu yazının BOŞLUĞU ALTINDA əzilirəm. Heç bir ağırlığı yoxdu bu yazının – amma əzilməyim DOST, KİŞİ saydığımın, bildiyimin birinin bu qədər ucuz, yəni cəmi 300 manata özünü və ailəsini qətl etməsidi!
SÖZARASI: Zöhrab, 1999-ci il 27 sentyabrda Şamaxıdakı yas məclisində ehsanını yediyim Əminə xalanın, sənin qardaşın və mənim qrup yoldaşım Səcarəddinlə 2006-cı ildə 28 mayda bir yerdə görəndə vəfatıyla bağlı başsağlığı verdiyim Əmirxan kişinin, əlinin bişirdiyi yeməyi yediyim mənim tələbə, sənin həm də həyat yoldaşın Mehriban xanımın ruhu məni bağışlasın!
Sən bu yazını məndən almağı HAQQ ETDİN! Halalca 300 manat pulunu haqq etdiyin kimi!
Axı sən hamıdan yaxşı bilirsən ki, səndən başqa ikinci bir adam yoxdu bu yer üzündə bilsin ki, mən borclu qalmağı sevmirəm – nə sözdə, nə əməldə!
Al gəldi – bu 300 manatın...
Bəli, mən səndən 300 manat aldım iyunun 5-də. Elə bir minnətdarlıqla ki, belə mərdliyi mən 20 il qabaq öz tay-tuşumuz olan kişilərdən elə 20 il qabaq görmüşdüm. Əvəzində də elə bir namərdlik etdin ki, nə 20 il qabaq, nə də 20 il sonra sənin etdiyini heç bir nakəs etməyib, etməz də! Mən sənə söz verdim ayın 20-nəcən kitab çıxacaq, verəcəm. Mənə eşitdirdin Mətinin müəlliminin pulu olmağını. Etiraf edirəm ki, əmin etdim səni. Çünki kitabın ayın 15-nə çıxacağına əmin idim!
Olmadı! Çıxmadı! Alınmadı! Sənə mesaj yazdım ki, anamın südünə and içirəm atmaq, aldatmaq söhbəti deyil. Kitabların pulun yığıb verəcəm. Bir az səbr elə. Hətta səhhətindən narahat oldum ki, allah eləməmiş bir şey olar, mən cavab verə bilmərəm. Qoy kitab çıxsın!
Və kitab 25-nə də çıxmadı! 26-ı oturub gözlədiyim zaman fb-dən də paylaşdım ki biləsən, niyə yalançı çıxıram. Gecəyə kitab hazır oldu!
Sən uzağı bu günə alacaqdın pulu. Bilirdin ki, Aydının kitabının bir nüsxəsinə 100 manat da verən olacaq, 500 manat da, hətta  1000 manat da!
Sən 30 milyard dollara belə tanıya bilməyəcəyim, HƏM DƏ TANIDA bilməyəcəyim Zöhrabı ortaya qoydun!
Məqsəd nəydi?
Oğlunun küsməyimi? Başa düşürəm. 20 manata görə atasından küsən qızların olduuğu məmləkətdə 300 manata görə Zöhrab kimi atadan küsən oğulların olması təəccüblü deyil. Deyə bilmərəm bu süd məsələsidi, ya zaman, amma belədi...
İstənilən halda, sən pulu istəmədin, sadəcə, kəmfürsətcəsinə, rüsvay etmək yolunu seçdin. Minnətdaram – Allah əvəzini versin.
Səni düdükcəsinəmi, ya dediyin hər hansı formada aldatmaq saydığın ifadələr qınaya bilmərəm – ağlın o qədərdi. Neynim mən ki, sən belə və bu qədər düşünə bilirsən!!!
Deyə biləcəyim bir ştrix var: Mən kitabı sənin də, mənim də dostum olan bir yoldaşa təqdim edəndə, kitaba baxdı, baxdı, qayıtdı ki, Aydın, bu çox böyük işdir, səni provokasiyaya çəkə bilərlər, gözlənilməz situasiyalar ola bilər, sənə xüsusi tapşırıram, təmkinli ol! Mən bunu ayrılarından gözləyirdim!
Amma sən mənim bütün düşmənlərimə bərabər oldun! Sən hamısını əvəz elədin!
Bilə-bilə ki, mən düşmənlərimə qalib gəlməkdən zövq alıram!
İndiki halda QALİBLİYİM odu ki:
“İt küçüyü, qancıq balağından düşən” deməyinə cavab vermirəm – kim bu kənddə necə görükür, bəlli, bələdçiyə ehtiyac yox!
Həm də yadına salım ki, bundan da təhqiramiz ifadələri haqqımda 10 min tirajlı qəzetlərdə elə sənin kimi dost bildiyim imzalar böhtan ataraq yazıb və... mən gündəlik çıxan o qəzetlərə elə sənə cavab verdiyim kimi, həftəsonu cavab vermək zorunda qalmışam. Çünki mən həftəlik qəzetdə işləyirdim! Sənə isə 300 manatı düzəltmək yubandı deyə indi cavab verdim – borcu bütöv qaytararlar!
Mən sənə MİNNƏTDARAM (bax sonra demə ha minnətdarlıq eləmədin!) ki, 30 milyon manata mən belə Zöhrab Əmirxanlı obrazını təqdim edə bilməzdim!
Sən üç gündür yalnız bircə həqiqətin – sənə 300 manat borcumun olmasını və 15 günə yox, 25 günə qaytarmaq yalanımda haqlısan, - üstündə ağlına və ağzına gələni yazırsan, təkrar-təkrar paylaşırsan səni öz ağlında olan iki-üç nəfərin bəyənməsi üçün!
Və mən dəlilik eləmirəm!!!
Və ayrı bir halda... proqnozlaşdırılmayan addımlarımdan imtina edirəm!
Bu qorxu deyil – bu, sadəcə səni dəyərləndirmək qabiliyyətimin varlığıdı!
Etiraf etdimmi həqiqətini?!
İndi də keçək yalanına!
Qardaşından BÖYÜK PUL borc götürüb pomidor alveri etməyimə, səni çağırıb “qardaşına de arvadımla yatmasın” deməyinə.
Mən heç vaxt sən və qardaşların kimi nə alver etmişəm, nə konteynerdə mal satmışam, nə də faizə pul vermişəm. Ən pis söyüşü söyə bilərəm, amma və lakin mənim adım Zöhrab deyil!
Bax mən sənin kimi it küçüyü və qancıq balağından düşən olmadığıma görə nə ilk dəqiqələrdən, nə də indi yazmıram ki, yalançının anasını, arvadını, qızını, qardaşı arvadını, qardaşı qızını, nəslini... neyləyim və yaxud neyləsinlər!
Sən bu haqqı, səlahiyyəti mənə tanıdın! Hətta 3 gün ərzində ayılmadın – ya şəkər qoymadı, ya pivə, ya da məni rüsvay etmək yanğın. Axı 300 manat o qədər də qaytarıla bilinməyən borc deyil ki, sən yandığından belə edəydin. Sənin düşmənçiliyinin kökündə nifrət durur. Saxtalığını ortaya qoydun! Xəstəliyini ortaya qoydun: marazm, sadomazoxizm – özünə də zülm edirsən, səni 14 yaşından saxlayan, sənin üçün işləyən qardaşlarını da. Və sən bilirsən ki, bircə cümləylə səni dəfn edərəm. Sən məhz bunu məndən qoparmaq istəyirsən ki, görüm Aydın yazarmı. Çünki telefonda dediyindi: “sən elə bilirsən Aydın Canıyevə heç kim heç nə yaza billməz?”
Belə olmayan oğlumun pasportuna ki, sən yazdın!
O biri yazanlar kimi cavabını da aldın... ancaq o birilərindən fərqli olaraq səni söymədim, aşağılamadım.  Sən mənim cümləmlə dəfn olunmağa layiq deyilsən! Çünki mənim 10 il qabaq boşadığım arvad mənimlə yanaşı otura-otura iki il əsgərdə olan tələbəlik dostuma məktub yazan, ya da 7 GÜN redaksiyada kişilərə sevinc bəxş edib mehribanlıq edən ləçərlərdən deyildi ki, mən narahat olaydım və sənə elə söz deyəydim. Ən azından arvadım Lənkəranda atam-anamən yanındaydı, qardaşın Vladivostokda. Mən onu “ya işdən çıxmaq, ya da boşanma ərizəsi yaz” şərtiylə boşamışam, sənin bəzi dostlarından fərqli olaraq, “ərim müxalifətdə olsa da, mən iqtidarı dəstəkləyirəm” deyən cütlüklərdən deyildim! Bunu bilirsən – onda nədən bu qədər böhtan?
Və sən onu da bilirsən ki, mən qardaşından götürdüyüm o böyük pulu qəpiyinə qədər qaytarmışam. O böyük pul – 1200 dollar olub. 1994-cü ilin avqustun 18-də götürmüşəm, özü də nə qardaşın, nə sən vermisən, rəhmətlik Mehriban gətirib aşağıda pulu verib. Heç on gün keçməmiş, Azərbaycanda inflyasiya olub, 1 dollar 1200 manatdan 5200 manata qalxıb. 1200 manatdan götürdüyüm dolları 5200 manatdan qaytarmışam. Xatırladıram ki, pul mənə 30 faizə verilmişdi, amma və lakin inflyasiya və situasiya elə oldu ki, Səcarəddin faizi istəmədi. Son 200 dolları qardaşım Şahəddin Səcarəddinə evində verib və Səcarəddin, xanımı, yəni sənin baldızın, bir də qardaşım şampan şərabıyla qeyd ediblər borcun bitməyini!
O ki qaldı Səcarəddini axtarmağıma, bu, artıq 2006-cı ildə olub. Bəli, axtarmışam, Vladioivostokda olub, səndən nömrəsini istəmişəm. Mehriban xanım aramsız zənglərimdən sonra, bildirib ki, Zöhrabı narahat eləmə. Artiq Səcarəddini görəndə... yazdım da 28 mayda başsağlığı verdim. O söhbət çözülməmiş qaldı.
Ancaq o böyük borcdan sonra, Zöhrab, səninlə 2002-ci ildə Moskvada qəzet buraxmışıq: “Üçünücü Azərbaycan”.
Sənin Şirməmməd Hüseynovun qızıyla indi oturduğun ev qalmaqalında sənin tərəfində olmuşam, “Millətin səsi”ndə yazı yazmışam.
Və təəssüf etdim Mehribanın vaxtsız rəhmətə getməyinə! Ən azından o sənə deyə bilərdi, ay filan-filan, “it küçüyü, qancıq balağından” düşən dediyinə elə həmin Mətini 2002-nin sentyabrında Moskvaya gətirməyi sən etibar edirdin axı. Bu nə yalandı, bu nə böhtandı?
Mən səni söyməyə açıq saxladığın ünvanlardan vaz keçdim.
Borc olmasın!
Nə olar yalançı çıxanda...
Ay sənin ehsanını yemək mənə qismət olmasın, nə pis öldün sən!!!

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az