
Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.
Lakin "subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib….

Qəza anının FOTOsu
Qeyd olunur ki, iş adamı Hüseyn Başaran Türkiyənin məşhur fındıq istehsalçılarından sayılan Başaran Holdingin sahibidir.
Əslən Trabzonlu olan Hüseyn Başarana məxsus holdinq fındıq sektorundan əlavə yaxt, maliyyə, inşaat, otelçilik, havaçılıq və enerji sektorlarında da fəaliyyət göstərir.
İş adamının iki özəl jet təyyarəsi olub. Bunlardan biri uzun mənzilli Global Express, ikincisi isə qəzaya uğrayan Challenger 604-dür. Həmin təyyarə Kanadanın Bombardier şirkətinin istehsalı sayılır.
Ailənin tək qızı sayılan Minə Başaran 28 yaşında olub. Keçən ilin oktyabr ayında iş adamı Murat Gezer ilə nişanlanan Minə Başaranın yaxın vaxtlarda atasının yerinə holdinqin başına keçməli imiş. Minə Başaran 2013-cü ildə şirkətin idarə heyətinə üzv seçilibmiş.



Miq.Az