Süleymaninin öldürülmədən öncə yazdığı məktub üzə çıxdı: “Allahım, bizi qəbul et” - FOTO

Süleymaninin öldürülmədən öncə yazdığı məktub üzə çıxdı: “Allahım, bizi qəbul et” - FOTO

ABŞ-ın hava hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı mətn üzə çıxıb.

Haberler.com-un məlumatına görə, bir səhifəlik məktubdan başqa, generalın üzüyü də qızı Zeynəb Süleymaniyə təhvil verilib. Süleymaninin qardaşı bildirib ki, general bu məktubu İraqa getməzdən əvvəl Suriyada yazıb və özündə saxlayıb.

Mətndə dini və fəlsəfi ifadələr yer alıb. Diqqət çəkən məqam "Allahım səni görmək istəyirəm, bizi qəbul et” cümləsidir. Bu cümləyə əsaslanan mərhumun yaxınları onun əvvəlcədən öləcəyini hiss etdiyini deyirlər.(oxu.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az