Sumqayıt yolundakı sürüşməyə görə yamaclar sökülür

Sumqayıt yolundakı sürüşməyə görə yamaclar sökülür

Hazırda Beynəlxalq Avtovağzal ərazisində qorxulu nəsə müşahidə etməmişik. Gecə də, gündüz də ərazidə iş gedir.

Qafqazinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beynəlxalq Avtovağzal Kompleksinin yeni baş mühəndisi Kamran Sultanov deyib.

O, ərazidə sürüşməyə səbəb olan yamacların sökülməsi ilə bağlı iş getdiyini də qeyd edib:

"Yamacların sökülməsi üçün işlər görülür. Hələlik istinad divarları çəkilir. Gün ərzində burdayıq. Həmin ərazidə çalışan şirkətin əməkdaşları ilə hər hansı təhlükəli məqam olanda dərhal qarşısını alırıq. Hətta baş verən çöküntünün avtovağzal üçün heç bir təhlükəsi olmasa da, kompleksin qarşısındakı ərazi yumşaq torpaqdan ibarət olduğu üçün ehtiyatı əldən vermirik”.

Baş mühəndis Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin əraziyə gəlməsinə də aydınlıq gətirib: "9 gündür vəzifəyə təyinat almışam. Bu müddət ərzində icra hakimiyyəti nümayəndələrindən kimsə bura gəlməyib”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündəki yolda sürüşmə neçə müddətdir davam edir.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az