Nəsimidə musiqi məktəbinin 50 illiyi qeyd edildi - Fotolar

Nəsimidə musiqi məktəbinin 50 illiyi qeyd edildi - Fotolar
Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert
 
         
      ​Aprel ayının 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi  rayonu  Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  musiqi məktəbinin şagirdlərini  və müəllimlərini konsetrlə bağlı təbrik etmiş, onlara  yeni yaradıcılıq uğurları diləmiş,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirmişdir ki,  Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Qeyd etmişdir ki, ümumiyyətlə Heydər Əliyev Fondu xalqın  milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.
Nəsimi  rayonu  Ş.Məmmədova adına 20 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə  dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.
Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq artisti  Fəxrəddin Kərimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər.
Tədbirdə qeyd edilmişdir ki, 1967-ci ildə fəaliyyətə başlayan Nəsimi  rayonu  Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alırlar.        
Bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək profesional musiqiçi olublar. Məktəbin məzunları  dünyanın müxtəlif mədəniyyət ocaqlarında -  ABŞ, ingiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edirlər.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az