Söyüş eşitməyən qulaqcıq layihəsi

Söyüş eşitməyən qulaqcıq layihəsi
Ötən il "Apple Music" layihəsi ilə xeyli uğur əldə edən "Apple" şirkəti bu dəfə daha qeyri-adi texnologiya üzərində işləyir.

Miq.az publika.az-a istinadən bildirir ki, şirkət "söyüş eşitməyən" qulaqcığın patentini alıb. Yeni qulaqcıq istifadəçinin seçiminə əsasən mahnılardakı istənilməyən sözləri, əsasən də söyüşləri müəyyən edib siləcək. Qulaqcıq silinən sözlərin yerinə başqa kəlimələr əlavə etmək iqtidarına da sahib olacaq. Bu qulaqcıqdan audio formatındakı kitabları dinləyərkən də eyni məqsədlə istifadə etmək olacaq.

Deyilənə görə, şirkətin məqsədi, mahnıların uşaqlara və gənclərə mənfi təsir etməsindən şikayətlənən valideynlərin tələbini qarşılamaqdır.

Bir çox  icadını patentləşdirsə də satışa çıxarmayan şirkətin bu qulaqcığı istehsal edib-etməyəcəyi açıqlanmayıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az