“Prezident İlham Əliyevin Nazirlər Kabinetindəki müşavirədə telekanallardakı mətbəx verilişlərini tənqid etməsi ciddi mesajdır. Biz bundan nəticə çıxarmalıyıq”. Bu fikirləri “Vətəninfo.az” saytına açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirib. T.Əmiraslanov qeyd edib ki, televizyalardakı bəzi ifrat mətbəx verilişləri bağlanmalıdır:
“Hələ biz bir müddət öncə bildirmişdik ki, telekanalların mətbəx verilişlərinə qeyri-peşəkar aşpazlar çıxarılır. Amma mətbuat jurnalist həmkarlığı nümayiş etdirərək bizim tənqidlərimizi vermir. Ona görə də, prezident məcbur olub, özü həmin verilişlər barədə danışmalı olur. Bu, əslində prezidentin deyil, bizim işimiz olmalıdır. Ölkə başçısının sərəncamı ilə Milli Kulinariya Ensklopediyası hazırlanıb. Prezidentin milli mətbəximizə münasibəti olduqca həssasdır və bu sevindirici haldır. Ölkə başçısı həmçinin mesaj verdi ki, bizim evdar xanımlar telekanallarda dərs deyən aşpazlardan daha dadlı yeməklər bişirirlər”. – deyə, T.Əmraslanov əlavə edib.
Qeyd edək ki, ölkə başçısı mətbəx verilişlərinə hərdən-bir baxdığını deyib: «Bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək”.
Oral MƏDƏNÇİ
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?