Talıbovun yeni görüntüsü: Əvvəl yuxarı başda oturardı... - Foto
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.
Seymur Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.
Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşaraq maraqlı şərh yazıb:
"Xan” erası bitməmişdən əvvəl xanzadə Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı. İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi insanı sürücü belə arxa plana keçirir”.